15 avq 2023 11:50
Bu ilin yanvar-iyul ayları üzrə Azərbaycan 1 277,3 mln. kVt-saat elektrik enerjisi ixrac edib, bu da illik müqayisədə 23,1% çoxdur.
Bu barədə Metbuat.az Energetika Nazirliyindən təqdim olunan operativ məlumata istinadən xəbər verir.
Qeyd etmək lazımdır ki, ötən ilin müvafiq dövründə ölkə 1 037,7 mln. kVt-saat elektrik enerjisi ixrac edib.
Nazirlikdən verilən məlumata görə, hesabat dövründə Azərbaycan 157,6 mln. kVt-saat elektrik enerjisi idxal edib, bu da 88,7% çoxdur (2022-ci ilin yanvar-iyul aylarında qeydə alınan göstərici – 83,5 mln. kVt-saat).