METBUAT.AZ

İdman

Azərbaycan klubuna razılıq verən hücumçu gözlənilməz təklif aldı

29 avq 2023 12:29

Rumıniyanın “Petrolul” klubunun nigeriyalı futbolçusu Kristian İrobiso Azərbaycan klubuna transfer olmağa yaxın olub.

Metbuat.az “gsp.ro” saytına istinadən xəbər verir ki, hücumçu əvvəlcə adı açıqlanmayan Azərbaycan klubuna keçməyə razılıq versə də, o transferdən son anda imtina edib. Məlumata görə, Azərbaycan klubu ilə razılşamağa yaxın olan 30 yaşlı hücumçuya Səudiyyə Ərəbistanı klubundan yaxşı təklif gəlib.

Məlumata görə, futbolçu bu təklifi qəbul edib.


metbuat.az.