METBUAT.AZ

İdman

Azərbaycan millisi Avropa çempionatında daha bir medal qazandı

25 avq 2023 22:58

Azərbaycan millisi Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə böyüklər arasında olimpiya çəki dərəcələri üzrə Avropa çempionatında daha bir medal qazanıb.

Metbuat.az-ın məlumatına görə, +80 kq çəki dərəcəsində Həmidreza Badrialiabadi fəxri kürsünün ikinci pilləsinə yüksəlməklə gümüş medala yiyələnib. Daha öncə millinin heyətində Cavad Ağayev (68 kq) də ikinci yeri tutub.

Estoniyada keçirilən gənclərin Avropa çempionatında da komandamız hələlik 2 medala sahib olub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıb.


metbuat.az.