METBUAT.AZ

İqtisadiyyat

Azərbaycan neftinin qiyməti

15 avq 2023 10:15

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,54 ABŞ dolları və ya 0,59% azalaraq, 90,86 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.


metbuat.az.