17 avq 2023 10:11
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.
Metbuat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,16 ABŞ dolları və ya 0,18% artaraq, 89,29 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.