METBUAT.AZ

Siyasət

Azərbaycan-Rusiya hökumətlərarası Dövlət Komissiyasının tərkibi

1 avq 2023 15:18

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibi genişləndirilib.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri komissiyanın tərkibinə daxil edilib.

Xarici İşlər Nazirliyinə edilən dəyişiklik barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərmək tapşırılıb.


metbuat.az.