METBUAT.AZ

İqtisadiyyat

Azərbaycana xaricdən pul köçürmələri

21 avq 2023 12:04

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmələri vasitəsi ilə 2 milyard 787.8 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 367.6 milyon manata bərabər olub.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyul aylarına nisbətən Azərbaycana pul köçürmələri 18.3% və ya 626.4 milyon manat, ölkədən xaricə köçürmələr isə 39% və ya 235.6 milyon manat azalıb.


metbuat.az.