METBUAT.AZ

Gündəm

Azərbaycanda itkin düşən

29 avq 2023 23:12

Xəbər verdiyimiz kimi, Azərbaycanda iki gənc alim itkin düşüb.

FHN-dən Metbuat.az-a bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.

Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.


metbuat.az.