METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda ödəniş kartlarının sayı

21 avq 2023 12:47

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı cari ilin iyul ayının sonunda ötən aya nəzərən 306 min ədəd artaraq 15 milyon 346 min ədəd təşkil edib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5% artıb.

Qeyd edək ki, ödəniş kartlarında artım debet kartları üzrə 18.7%, kredit kartları üzrə 24.5% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 110 min, kredit kartları 404 min, digər kartlar isə 1.8 milyon ədəd artıb.


metbuat.az.