9 avq 2023 22:22
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:38-də Saatlı rayonunda zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Maqnitudası dörd olan zəlzələ ocağının dərinliyi 52 kilometr olub. Zəlzələ Saatlıda və Beyləqanda hiss olunub.