29 avq 2023 16:38
Bəzi xəbər saytlarında Azərbaycanda zəlzələ olması ilə bağlı məlumat yayılıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, professor Qurban Yetirmişli Metbuat.az-a bildirib ki, bu barədə məlumat doğru deyil:
“Əhalinin nəzərinə çatdırıram ki, respublika ərazisində heç bir hiss olunan zəlzələ baş verməyib. Xahiş edirik, şaiyələrə inanmayın, xəbərləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytından izləyin”.
Gülər Seymurqızı