11 avq 2023 15:08
Bu ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, 7 ay ərzində Azərbaycanda 28,1 mlrd. kubmetr təbii qaz hasil edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən verilən məlumat verilib. Bildirilib ki, qazın 7,5 mlrd. kubmetri “Azəri-Çıraq-Günəşli” nrft-qaz yataqları blokundan (AÇG), 15,4 mlrd. kubmetri “Şahdəniz” qaz-kondensat yatağından, 0,1 mlrd. kubmetri “Abşeron”dan, 5,1 mlrd. kubmetri SOCAR üzrə hasil olunub.
Məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında 3,3%, yəni 0,9 mlrd. kubmetr artım qeydə alınıb.
Hesabat dövründə xaricə qaz satışı 13,8 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% çoxdur. Cari ilin yanvar-iyul aylarında Avropaya 6,6 mlrd. kubmetr, Türkiyəyə 5,8 mlrd. kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP kəməri ilə 3,3 mlrd. kubmetr qaz nəql olunub.