METBUAT.AZ

Ölkə

Azərbaycanın bu şəhərində 25 sosial

16 avq 2023 18:26

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Şirvanda 25 ədəd sosial bina tikəcək.

MİDA-dan Metbuat.az-a bildirilib ki, yaşayış kompleksi 14 doqquzmərtəbəli və 11 on ikimərtəbəli olmaqla 25 binadan ibarət olacaq. Bu binalarda ümumilikdə 1264 mənzil olacaq.

"Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.

Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik olmaqla 1 uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulub", - deyə məlumatda qeyd olunub.


metbuat.az.