METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın Qazaxıstana qeyri-neft ixracı 2 dəfədən çox

17 avq 2023 12:54

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan Qazaxıstana 66 milyon 472 min dollar dəyərində qeyri-neft məhsulu ixrac edilib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə və ya 34.2 milyon dollar çoxdur.

2022-ci ilin ilk 7 ayında Azərbaycandan Qazaxıstana 32.2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanla Qazaxıstan arasında olan ticarət dövriyyəsi illik müqayisədə 32% və ya 112.1 milyon dollar azalaraq 237.9 milyon dollara bərabər olub. Bu dövrdə Qazaxıstana ümumi ixrac 68.6 milyon dollar, Qazaxıstandan ümumi idxal isə 169.3 milyon dollar təşkil edib.


metbuat.az.