1 avq 2023 15:39
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov rejissor Fuad Hacıyevin vəfatı ilə bağlı başsağlığı verib.
Metbuat.az xəbər verir ki, başsağlığında deyilir:
“Türkiyədə yaşayan azərbaycanlı rejissor, pedaqoq, əməkdar incəsənət xadimi Fuad Hacıyevin vəfatından üzüntü duydum. Hər iki ölkənin incəsənətinə töhfə vermiş görkəmli rejissorun ailəsinə, yaxınlarına və sevənlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”