METBUAT.AZ

Dünya

Azərbaycanlı jurnalist Rusiyada

30 avq 2023 12:29

Azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov Rusiyada cərimələnib.

Metbuat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Moskvanın Savelovski məhkəməsində o, xarici agentin fəaliyyət qaydalarını pozmaqda ittiham olunub. Məhkəmə Əsgərova 40 min rubl cərimə tətbiq edib.

Qeyd edək ki, Rövşən Əsgərov ötən ilin dekabr ayında xarici agentlər siyahısına daxil edilib. O, nasizmin reabilitasiyası maddəsi ilə ittiham olunur. Rusiya Daxili İşlər Nazirliyi onu axtarışa verib, məhkəmə isə qiyabi həbs qərarı çıxarıb.


metbuat.az.