1 avq 2023 12:29
Avqustun 1-nə olan məlumata görə, rusiyalı milyarderlərin ümumi sərvəti 32,341 milyard dollar artaraq, 309,3 milyard dollara çatıb.
Metbuat.az "Qaynarinfo"ya istinadən bildirir ki, bu barədə "Bloomberg Billionaires Index" məlumat yayıb.
İlin əvvəlindən ən çox qazanan "Lukoyl”un ortağı Vahid Ələkbərov olub. Azərbaycan əsilli milyarderin kapitalı 5,9 milyard dollar artaraq, 21,3 milyard dollara çatıb.
Bu ayın əvvəlində Rusiyanın ən varlı iş adamları üçlüyünə "Norilsk Nikel" şirkətinin əsas sahiblərindən biri Vladimir Potanin, "Novatek"in həmsahibi Leonid Mixelson və NLMK-nın benefisiarı Vladimir Lisin daxil olub.
Potanin ilin əvvəlindən sərvətini 1,23 milyard dollar artıraraq, 29,8 milyard dollara çatıb və biznesmen Rusiyanın ən zənginləri arasında birinci yeri təmin edib.
İkinci yeri tutan Mixelsonun sərvəti 2,73 milyard dollar artaraq, 27,4 milyard dollar təşkil edib. Üçüncü yerdə qərarlaşan Lisin aktivlərini 4,98 milyard dollar artıraraq, 24,8 milyard dollara çatdırıb.
Vahid Ələkbərov dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, "Bloomberg Milyarderlər İndeksi" sahibkarların sahib olduqları şirkətlərin səhmlərinin qiymətinə əsasən hesablanır. BBI reytinqinə dünyanın 500 ən varlı adamı daxildir.