30 avq 2023 09:50
Ötən gündən etibarən Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın J2-9237 və aviaşirkətin tərkibinə daxil olan "Buta Airways"in J2-9225 Bakı-Tbilisi reysləri təxirə salınıb.
Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib. Bildirilib ki, şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.
Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.