17 avq 2023 12:46
Bakıda evdən külli miqdarda pul oğurlanıb.
DİN-dən Metbuat.az-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 6500 manat, 15000 ABŞ dolları pul və 3700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fəridə Miriyeva müəyyən olunaraq saxlanılıb.