30 avq 2023 11:59
Sentyabrın 6-8-də Bakı şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin ikinci iclası keçiriləcək. İclasda TDT-yə üzv və müşahidəçi ölkələrin fövqəladə hallarla mübarizə üzrə aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur.
Metbuat.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Həmçinin, tədbir çərçivəsində “Bakı-2023” Beynəlxalq təliminin keçirilməsi planlaşdırılır. Təlimdə TDT-yə üzv dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumlarının xilasetmə qüvvələrinin iştirakı nəzərdə tutulur.