4 avq 2023 11:15
Bakıda uşağın fiziki şiddətə məruz qalmasına dair görüntülər yayılıb.
Metbuat.az xəbər verir ki, kimliyi məlum olmayan iki şəxs mağazanın qarşısında oturan azyaşlıya şiddət göstərib, daha sonra telefonla çəkiblər.
Videoda bildirilir ki, bundan sonra uşaq ağlaya-ağlaya evə gedərək hadisəni anasına danışıb və kameralar açdırılıb. Daha sonra 102 “Qaynar xətti”nə müraciət edilib.
DİN-in Mətbuat xidmətindən bilidirilib ki, sözügedən hadisədən xəbərdardırlar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Təhlükəsizlik kamerasına düşmüş həmin görüntüləri təqdim edirik: