8 avq 2023 14:22
2023-cü ilin ilk yarısında Bakı şəhərinin iqtisadiyyatına investisiya qoyuluşu 4 mlrd. 32.3 mln. manat olub, illik müqayisədə 17.3% artıb.
Metbuat.az xəbər verir ki, bu barədə Bak Şəhər Statistika İdarəsindən bildirilib.
Başqa sözlə, son bir ildə Bakıda əsas kapitala yönəldilən vəsaitlər 17,3% artıb.
Sözügedən yatırımın 2 mlrd. 169.1 mln. manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13.5% çoxdur.