METBUAT.AZ

İqtisadiyyat

Banklardan 43 milyon manat geri götürülüb -

23 avq 2023 11:39

Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, avqustunun 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43,3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb. Bu ilin fevral ayında da əmanətlərin həcmində aylıq azalma qeydə alınmışdı:

"Sistemli əhəmiyyətli banklarda depozit faizlərində azalma davam edir. Manat üzrə orta depozit faizi müddətli əmanətlər üzrə 6%-dək azalıb. Müddətsiz depozitlərdə isə faizlər sadəcə simvolik xarakter daşıyır. Bu isə əmanət qoyluşlarına təsirsiz ötüşmür".

Millət vəkilinin sözlərinə görə, "Günay Bank"ın müflisləşməsi də ümumi əmanətlərin həcminə təsir göstərib: "Lisenziyası ləğv olunan zaman sözügdən bankın depozit portfeli 82 milyon 507 min manat idi".

"Bütövlükdə, aylıq azalmaya baxmayaraq əmanətlərin həcmi bu ilin yanvar ayı ilə müqayisədə 962 milyon manat artıb. Bu baxımdan, il ərzində aylıq artım tempinin qorunub saxlanması da vacibdir. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımından da əhəmiyyətlidir", - deyə V. Bayramov əlavə edib.


metbuat.az.