28 avq 2023 11:31
"La Liqa"nın 3-cü turunda "Vilyareal"a qarşı forma geyinən 16 yaşlı Lamine Yamal hər kəsin rəğbətini qazanıb.
Metbuat.az bildirir ki, "Barselona"nın 4:3 hesabı ilə qələbə qazandığı matçda Yamal 1 asisti və gözəl hərəkətləri ilə yadda qalıb. 76-cı dəqiqədə oyundan çıxan Yamal rəqib azarkeşlər tərəfindən də alqışlanıb.
Matçdan sonra "Barselona"nın baş məşqçisi Xavi də gənc ulduzu tərifləyib. Bir çox mütəxəssis onu "Barselona"nın yeni super ulduzu kimi dəyərləndiriblər.
Qeyd edək ki, Lamine Yamal bu mövsümün əvvəlində əsas komandaya daxil edilib. Onun artıq davamlı olaraq əsas heyətdə yer alması gözlənilir. İspaniya U-17 millisində yer alan Yamal 10 oyunda 8 qol vurmağı da bacarıb.