29 avq 2023 16:12
Azərbaycanda prokurorluq işçilərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları təsdiq edilib.
Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edək ki, fərqlənmə nişanları prokurorluq işçilərinə hər geyim forması üçün 2 il müddətinə verilir.
Prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluqda qulluq keçmənin xüsusiyyətləri nəzərə alınmaqla, prokurorluq işçilərinə növbəti olaraq verilən xüsusi geyim formalarının əvəzinə Baş prokuror tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilmiş qaydada pul kompensasiyası verilə bilər.
Sıra №-si | Əşyaların adı | Bir nəfər üçün miqdarı | İstifadə müddəti |
1 | 2 | 3 | 4 |
1. Ali xüsusi və xüsusi rütbəli prokurorluq işçiləri üçün | |||
1.1. | Boz (göy) rəngli furajka (beret - qadınlar üçün) | 1 ədəd | 4 il |
1.2. | Boz (qara) rəngli xəz papaq | 1 ədəd | 4 il |
1.3. | Göy rəngli palto | 1 ədəd | 4 il |
1.4. | Göy rəngli gödəkçə | 1 ədəd | 4 il |
1.5. | Göy rəngli qış kostyumu (pencək, şalvar (qadınlar üçün yubka və şalvar) | 1 dəst | 2 il |
1.6. | Göy rəngli mövsümi kostyum (pencək, şalvar (qadınlar üçün yubka və şalvar) | 1 dəst | 2 il |
1.7. | Göy rəngli yaxası üçbucaq yun köynək | 1 ədəd | 3 il |
1.8. | Uzunqol köynək | 2 ədəd | 1 il |
1.9. | Qısaqol köynək | 2 ədəd | 1 il |
1.10. | Göy rəngli qış səhra gödəkçəsi və şalvarı | 1 dəst | 2 il |
1.11. | Göy rəngli yay səhra gödəkçəsi və şalvarı | 1 dəst | 2 il |
1.12. | Səhra jileti | 1 ədəd | 2 il |
1.13. | Qış səhra papağı (furajkası) | 1 ədəd | 2 il |
1.14. | Yay səhra furajkası | 1 ədəd | 2 il |
1.15. | Qalstuk | 2 ədəd | 1 il |
1.16. | Şərf | 1 ədəd | 3 il |
1.17. | Əlcək | 1 cüt | 4 il |
1.18. | Şalvar qayışı | 1 ədəd | 1 il |
1.19. | Göy rəngli uzunqol mayka | 2 ədəd | 1 il |
1.20. | Göy rəngli qısaqol mayka | 2 ədəd | 1 il |
1.21. | Corab | 6 cüt | 1 il |
1.22. | Tufli | 1 cüt | 2 il |
1 | 2 | 3 | 4 |
1.23. | Yarımçəkmə | 1 cüt | 2 il |
1.24. | Uzunboğaz çəkmə (səhra geyimi üçün) | 1 cüt | 3 il |
2. Ali hərbi və hərbi rütbəli prokurorluq işçiləri üçün | |||
2.1. | Tünd zeytun rəngli furajka (beret - qadınlar üçün) | 1 ədəd | 4 il |
2.2. | Qəhvəyi rəngli xəz papaq | 1 ədəd | 4 il |
2.3. | Tünd zeytun rəngli palto | 1 ədəd | 4 il |
2.4. | Tünd zeytun rəngli demisezon yarımpalto | 1 ədəd | 4 il |
2.5. | Tünd zeytun rəngli plaş | 1 ədəd | 4 il |
2.6. | Tünd zeytun rəngli qış gödəkçəsi | 1 ədəd | 4 il |
2.7. | Tünd zeytun rəngli qış kostyumu (pencək, şalvar (qadınlar üçün yubka və şalvar) | 1 dəst | 2 il |
2.8. | Tünd zeytun rəngli yay kostyumu (pencək, şalvar (qadınlar üçün yubka və şalvar) | 1 dəst | 2 il |
2.9. | Tünd zeytun rəngli uzunqol gödəkçə və (pencək, şalvar (qadınlar üçün yubka və şalvar) | 1 dəst | 2 il |
2.10. | Tünd zeytun rəngli qısaqol gödəkçə və şalvar (qadınlar üçün yubka və şalvar) | 1 dəst | 2 il |
2.11. | Tünd zeytun rəngli yaxası üçbucaq yun köynək | 1 ədəd | 3 il |
2.12. | Uzunqol köynək | 2 ədəd | 1 il |
2.13. | Qısaqol köynək | 2 ədəd | 1 il |
2.14. | Qış səhra gödəkçəsi və şalvarı | 1 dəst | 2 il |
2.15. | Yay səhra gödəkçəsi və şalvarı | 1 dəst | 2 il |
2.16. | Kamuflyaj edilmiş yun köynək | 1 ədəd | 3 il |
2.17. | Qış səhra papağı (furajkası) | 1 ədəd | 2 il |
2.18. | Yay səhra papağı (furajkası) | 1 ədəd | 2 il |
2.19. | Əlcək | 1 cüt | 4 il |
2.20. | Tünd zeytun rəngli şərf | 1 ədəd | 3 il |
2.21. | Qalstuk | 2 ədəd | 1 il |
2.22. | Uzunqol mayka | 2 ədəd | 1 il |
2.23. | Qısaqol mayka | 2 ədəd | 1 il |
2.24. | Kamuflyaj edilmiş uzunqol mayka | 2 ədəd | 1 il |
2.25. | Kamuflyaj edilmiş qısaqol mayka | 2 ədəd | 1 il |
2.26. | Corab | 6 cüt | 1 il |
1 | 2 | 3 | 4 |
2.27. | Tufli | 1 cüt | 2 il |
2.28. | Yarımboğaz çəkmə (kişilər üçün) | 1 cüt | 2 il |
2.29. | Uzunboğaz çəkmə (qadınlar üçün) | 1 cüt | 2 il |
2.30. | Uzunboğaz çəkmə (səhra geyimi üçün) | 1 cüt | 3 il |
2.31. | Qara rəngli şalvar qayışı | 1 ədəd | 1 il |
2.32. | Tünd zeytun rəngli şalvar qayışı | 1 ədəd | 3 il |
2.33. | Kamuflyaj edilmiş yol çantası | 1 ədəd | 5 il |
2.34. | Qobur | 1 ədəd | 15 il |