8 avq 2023 12:29
ABŞ Prezidenti Co Bayden Tayvanla ticarət sazişini imzalayıb. Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib. Bildirilib ki, Bayden “21-ci əsr ticarəti üçün ABŞ-Tayvan Təşəbbüsü” danışıqları çərçivəsində ilk icra sazişi qanununu imzalayıb. Bayden yazılı açıqlamada qeyd edib ki, qanun Tayvanla bəzi əlavə ticarət razılaşmalarının müzakirəsi üçün tələbləri də ehtiva edir. Məlumata görə, müqavilə iki ölkənin ticarət tərəfdaşlığını sıxlaşdıracaq.
Qeyd edək ki, ABŞ və Tayvan arasında “21-ci Əsrin Ticarəti üçün ABŞ-Tayvan Təşəbbüsü” danışıqları çərçivəsində gömrük idarəçiliyi və ticarətin asanlaşdırılması, korrupsiya ilə mübarizə, kiçik və orta sahibkarlıq kimi məsələlər üzrə razılaşmalar əldə edilib.