METBUAT.AZ

Ölkə

Bərdədə kanal daşdı, ərazini su basdı -

2 avq 2023 21:13

Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər subasmaya məruz qalıb.

Metbuat.az xəbər verir ki, əraziyə FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, polis şöbəsinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları və texnikalar cəlb olunub.

Hazırda su basmasının qarşısının alınması üçün bəndbərkitmə işləri aparılır. Həmçinin sakinlərin və onların əmlakının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.


metbuat.az.