METBUAT.AZ

Gündəm

“Beşiktaş” “Əl-Nəssr”i qarışdırdı

22 avq 2023 15:14

“Əl-Nəssr” "Beşiktaş"ın transfer etmək istədiyi futbolçu Anderson Taliskanı cəzalandırıb.

Metbuat.az “Goal.com”a istinadən xəbər verir ki, klub Taliskanın adını AFC Çempionlar Liqasının xarici oyunçuları siyahısından çıxarıb. Məlumata görə, Braziliyalı oyunçu "Şabab Əl Əhli" ilə oyunda iştirak etməyəcək. Bildirilir ki, xarici oyunçular üçün nəzərdə tutulmuş beş nəfərlik xarici kvotaya Kriştiano Ronaldo, Sadio Mane, Seko Fofana, Marselo Brozoviç və Aleks Tellesin adları daxil edilib. “Əl-Nəsr”in qərarının detalları məlum olmasa da, bəzi dairələrin iddiasına görə, Taliskanın adının “Beşiktaş”la sıx şəkildə hallanması ərəb klubunu narahat edib.

Qeyd edək ki, "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Anderson Taliskanın kluba gəlmək istədiyini açıqlamışdı. 2016-2018-ci illər arasında icarə əsasında "Beşiktaş"da çıxış edən Anderson Taliska 80 oyunda 37 qol vurub, 14 məhsuldar ötürmə edib.


metbuat.az.