METBUAT.AZ

İdman

"Beşiktaş" Ramosdan sonra Lanqleni də əldən verdi

29 avq 2023 14:38

"Beşiktaş"ın anlaşmaq üzrə olduğu "Barselona"nın müdafiəçisi Kleman Lanqle üçün Səudiyyə Ərəbistanı klubu hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, ərəb klubu Lanqle üçün illik 10 milyon avro məvacib təklif edib. Məlumata görə, bu təklifdən sonra müdafiəçi “Beşiktaş”ın təklifini ikinci plana atıb. Bildirilir ki, 10 milyonluq avro təklif alan Lanqle Səudiyyə Ərəbistanına getməyi qəbul edib.

Qeyd edək ki, Kleman Lanqle ötən mövsümü icarə əsasında "Tottenhem"də keçirib. Lanqle daha əvvəl Səudiyyə Ərəbistanından gələn təklifləri rədd etmişdi.

"Beşiktaş" bundan əvvəl Serxio Ramosu transfer etməyə çalışsa da, rədd cavabı almışdı.


metbuat.az.