METBUAT.AZ

Ölkə

​“Birbank Biznes daha rahat və çevik işləyən rəqəmsal bankçılıq sistemidir”

8 avq 2023 10:03

Son bir neçə ildə Kapital Bank sahibkarlara təqdim etdiyi məhsul və xidmətlərin rəqəmsallaşması istiqamətində bir sıra böyük layihələr icra edib. Bankın qarşısına qoyduğu əsas hədəf isə biznes sahiblərinə tam rəqəmsal bank xidmətləri təqdim etməkdir. Bu gün istənilən sahibkarın əsas resursu onun vaxtıdır. Məhz bu fikri əsas götürərək Kapital Bank sahibkarlar üçün yeni Birbank Biznes rəqəmsal bankçılıq sistemini istifadəyə verdi. Qeyd edək ki, Birbank Biznes bankın daha əvvəl istifadədə olan Müştəri Bank sisteminin yenilənmiş brendidir. Bəs Birbank biznes hansı özəlliklərə malikdir? Ümumiyyətlə, sahibkarlar başqa hansı yenilikləri istifadə edə biləcəklər? Bu suallara cavab almaq üçün Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadədən müsahibə aldıq.

Məhsul və xidmətlər ilə bağlı mövcud vəziyyət barədə danışdıqda regionumuzda ilklərdən sayılan sahibkarlara smartfon vasitəsilə təmassız ödənişləri qəbul etmək imkanını verən Mobil POS xidmətini də qeyd etmək istərdim. Bu il Mobil POS xidmətinə taksit funksionallığını əlavə etdik. Hal-hazırda Mobil POS ənənəvi terminal ilə müqayisədə 3 dəfə daha çox sifariş verilir. Həmçinin sahibkarlara bank xərclərinə qənaət edə bilmələri üçün bankımız tərəfindən müxtəlif çeşiddə tarif paketləri təklif edilir ki, bu da öz növbəsində müştərilərə biznes gəlirlərini səmərəli idarə etməyə töhfə verir.

Bundan başqa, Birbank Biznes-də təcili köçürmələr, HÖP ödənişləri, biznes kartlarının sifarişi və çatdırılması, e-ticarət, “Kliklə ödə” xidməti, sənəd dövriyyəsi, toplu imzalama, biznes kreditlərinin rəsmiləşdirilməsi, bank qarantiyası, gömrük kredit kartı, açıq API platforması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarının sifarişi, çatdırılması və kartlara mədaxil, canlı çat funksiyası ilə sualların cavablandırılması və s. əməliyyatlar da mümkündür.

Qeyd edək ki, istifadəsi rahat və təhlükəsiz olan Birbank Biznes tətbiqini həm iOS, həm də Android əməliyyat sistemli cihazlar dəstəkləyir. Tətbiqi yükləmək üçün https://onelink.to/ej5bbu linkinə, Birbank Biznes-in veb versiyasına daxil olmaq üçün isə https://my.birbank.business linkinə keçid alın.


metbuat.az.