METBUAT.AZ

Dünya

Britni Spirs boşanır

17 avq 2023 16:48

Dünyaca məşhur müğənni Britni Spirs və əri Sem Əsgəri boşanır.

Metbuat.az Star Hit-ə istinadən xəbər verir ki, iİddialara görə ayrılığa səbəb, müğənninin xəyanəti olub.

Bildirilir ki, təxminən bir həftə əvvəl Əsgəri Spirsin sevgilisi olduğu barədə şayiələrdən xəbər tutub. Bundan sonra onların arasında güclü mübahisə yaranıb və Sem evdən ayrılıb.

Xatırladaq ki, cütlük 2016-cı ildə klip çəkilişləri zamanı tanış olublar. Keçən il isə onlar evləniblər.



metbuat.az.