Metbuat.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda belçikalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, bu ölkə Ermənistanda səfrilik açacaq.
"Biz Belçika hökumətinin İrəvanda Belçika səfirliyinin açılması qərarını alqışlayırıq. Bölgədə iqtisadi inkişafın təşviqinə, demokratik dəyərlərə əsaslanan əməkdaşlıq öz müsbət nəticəsini verəcək. Bu qərar, şübhəsiz ki, Ermənistan-Belçika münasibətlərinin dinamik inkişafına yeni təkan verəcək", - deyə Mirzoyan qeyd edib.
Qeyd edək ki, Belçikanın xarici işlər naziri Hadija Labib Ermənistan səfərinin ardından Azərbaycana gələcək.