15 avq 2023 10:03
Bəzi bürclər var ki, onları qəzəbləndirmək başqalarına baha başa gələ bilər. Bu bürclərin ahını götürməmək üçün onları razı salmaq, vəziyətdən yeganə çıxış yoludur.
Metbuat.az nəfsləri ilə tanınan bürclər haqqında məlumatı təqdim edir:
Astroloqlar deyir ki, Qız bürcləri pis gözləri ilə belə yollarınızı dəyişə bilər. Çünki Qızlar onlara qarşı edilən səhvləri unutmurlar.
Əgər eşq həyatında qarşı tərəf onlara qarşı kiçik bir səhv edərsə həmin insanın sevgi həyatı sona çata bilər. Odur ki, çalışın Qız bürcü ilə ziddiyyət aparmayın. Bu onların ah-nalələrindən qaçmağın yeganə yoludur.
Balıqlar həmişə səbirli və ehtiyatlı olsalar da, bir dəfə əsəbiləşdikdə geriyə dönüş olmur. Onların kədərindən yaranan ah-nalələrinin təsirigüclü olur. Aldadılmaq və ya ruhdan düşmək kimi vəziyətlərdə Balıqlar qədər inildəyən bəlkə də ikinci bir bürc yoxdur. Onlarla ünsiyyət qurarkən diqqətli olmaq, ah çəkməmək, onları xoşbəxt etmək lazımdır. Bu bürclərlə qarşılaşdığınız zaman onlara necə davranacağınızı bilsəniz, ah çəkməyin təhlükələrindən qaça bilərsiniz.
Nadir hallarda Dolçalar ah çəksələr də, bu zaman həyat həmin adam üçün çətinləşir. Dolça bürcünə toxunan insanlar ürəklərini sevindirmək üçün əlavə səy göstərməklə ahlardan sığortlanmaq olar.
Hər zaman olmasa da, qarqışlarının təsiri olan daha bir bürc də Əkizlərdir. Əkizlərin qəlbini qıran, onları incidənlər düşünməlidirlər ki, yaşatdıqlarını yaşamadıqları təqdirdə Əkizlərin ah-naləsi onların üzərində qara bulud kimi dolaşacaq.
Ümumiyyətlə, nəyin ki, kosmik fəzada bürclər arasında bütövlükdə qarşı tərəfin ah-naləsinə səbəb olmaq yaxşı hal sayılmır. Bu dünyanın qanunauyğunluqlarına zidd olduğu üçün bir gün edilən hər neqativ enerji sahibinə qayıda bilər.
Aidə / Metbuat.az