8 avq 2023 16:50
Rejissor Qreta Gerviqin filmi ilə başlayan "Barbie" trendi davam edir.
Metbuat.az xəbər verir ki, El Salvadorda bir dəfn evində "Barbi" temalı tabutların satışına başlayıb.
"Alpha və Omega" Cənazə Evinin sahibi İsaak Villeqas AP-yə verdiyi açıqlamada çəhrayı tabutları filmdən əvvəl satdıqlarını qeyd edib. Villeqas "Barbie"nin böyük əks-sədasından sonra gəlincik şəkillərini çəhrayı metal tabutlara qoymağa qərar verdiyini bildirib. Tabutlara kiçik ağ ulduzlar da əlavə edilib.
Qeyd edək ki, filmin premyerasından 17 gün sonra “Barbi” filmi 1 milyard dollardan çox gəlir əldə edib. Film Şimali Amerikada 459 milyon dollar, digər ölkələrdə isə 572 milyon dollar gəlir qazanıb.
Rejissor Qreta Gerviqin çəkdiyi “Barbi” iyulun 21-də bütün dünyada nümayiş etdirilib. Filmdə Margo Robbi, Rayan Qoslinq, Helen Mirren və Dua Lipa rol alıb. Filmin süjetinə görə, baş qəhrəman mükəmməlsizliyinə və gözəllik qanunlarına uyğun gəlmədiyinə görə Barbilenddən qovulacaq, bundan sonra Barbi adi insanların dünyasında yaşamağı öyrənməli olacaq.