7 avq 2023 10:56
Paytaxtın "Kubinka" və "Papanin" kimi tanınan ərazilərində istismar müddəti bitən evlərin söküntüsünə bir ildən çoxdur başlanılıb.
Metbuat.az xəbər verir ki, sakinlərin bir çoxu razılığa gəlsə də, lakin ərazidə yaşayan bəzi vətəndaşlar tikinti şirkəti ilə razılığa gələ bilməyib. Bu isə ərazidə çoxmərtəbəli binaların inşaası prosesini ləngidir.
Tikinti şirkətindən ATV-yə bildirilib ki, Yusif Vəzir Çəmənzəminli və Novruzov qardaşları ünvanında 310 ailədən 215-i ilə razılıq əldə olunub.
Cəlil Məmmədquluzadə və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən ərazidə də oxşar hal yaşanır. Bu ünvanda da 230 sakindən 185-i ilə müqavilə bağlanılıb. Bəzi sakinlərlə müqavilə bağlanmamasının səbəbi mənzillərinin dəyərindən artıq kompensasiya tələb etmələridir. Adı çəkinlən ünvanlardakı yeni mənzilin bazar qiyməti hər kvadrat üçün 2 min manat olsa da, sakinlər 4-5 min manat tələb edirlər.
Daha ətraflı videoda: