METBUAT.AZ

İqtisadiyyat

Bu il 87 mln. manata yaxın ƏDV məbləği

8 avq 2023 15:23

Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün 2,3 milyona yaxın istifadəçi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-ci ilin 1 avqust tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1 milyarddan çox kassa çeki üzrə 448,2 milyon manat, bu ilin yanvar-iyul ayları ərzində isə 86,7 milyon manat ƏDV məbləği geri qaytarılıb.


metbuat.az.