16 avq 2023 11:28
2023-cü ilin yanvar-iyul aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25% artaraq 751 milyon manat olub.
Metbuat.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Qeyd edək ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 450,5 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 60%-ni təşkil edib.