16 avq 2023 17:30
2023-cü ilin yanvar-iyul aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25% artaraq 751 milyon manat olub.
Metbuat.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Qeyd olunan müddətdə hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 450,5 milyon manat olub ki, bu da ümumi dövriyyənin 60%-ni təşkil edib.