24 avq 2023 10:44
2023-cü ilin 7 ayı ərzində sosial ödənişlər üzrə əhaliyə 4 milyard 614 milyon manat ödənilib.
Bu barədə Metbuat.az-a Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Bildirilib ki, əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 792 milyon manat və ya 20,7% çox olmaqla 4 milyard 614 milyon manat ödənilib.