29 avq 2023 00:33
Bali dənizində, İndoneziya sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin episentri Mataram şəhərindən 207 kilometr şimalda, ocağı isə 516 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.