METBUAT.AZ

Dünya

Bu ölkədə COVID-19-un yeni variantı yayıldı

7 avq 2023 20:19

Böyük Britaniyada COVID-19-un Omicron variantının alt variantı olan Erisin (EG.5.1) bütün ölkəyə yayıldığı açıqlanıb.

Metbuat.az xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) yaydığı məlumata görə, yeni Eris variantı ölkə üzrə hər 7 yeni yoluxmadan birinə təsadüf edir.

Eris Böyük Britaniyada Arcturusdan sonra ikinci ən çox yayılmış variant olaraq qeydə alınıb. Səlahiyyətlilər dünyada COVID-19 hadisələrinin artması davam etdiyi üçün vəziyyəti yaxından izlədiklərini bildiriblər.


metbuat.az.