9 avq 2023 19:10
Meksikada 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 537 min nəfər əhalisi olan Tustla Qutyerres şəhərindən 81 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 111 kilometr dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.