5 avq 2023 09:03
Ədliyyə Nazirliyi bugünədək 17 partiyanı qeydiyyata salmayıb.
Metbuat.az xəbər verir ki, Ədliyyə Nazirliyinin partiyalara verdiyi cavablarda partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.
1. Respublikaçı Alternativ (REAL)
2. Müsavat
3. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)
4. Ağ Partiya
5. Azərbaycan Demokrat Partiyası (ADP)
6. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)
7. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)
8. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)
9. Milli Cəbhə Partiyası (MCP)
10. Gələcək Azərbaycan Partiyası (GAP)
11. Ümid Partiyası
12. Azadlıq Partiyası
13. Ədalət Partiyası
14. Azərbaycan Xalq Partiyası (AXP)
15. Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
16. Azad Vətən Partiyası
17. Milli Dirçəliş Partiyası (MDHP)