METBUAT.AZ

Sağlamlıq

Bu pəhriz istənilən ölüm riskini 25%

16 avq 2023 04:01

Harvard universitetinin alimləri müəyyən ediblər ki, ekoloji dietaya riayət edən insanların 30 ildə müəyyən səbəblərdən ölmə ehtimalı 25% azalır.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, alimlər PHDİ indeksi tərtib edərək, ərzaqların ekoloji və faydalılıq qiymətləndirməsini aparıblar.

Sonra bu indeksi 100 min ABŞ sakini üzərində sınayıblar.

Məlumat bazasl 1986-2018-ci illəri əhatə edib.

Alimlər sübut edib ki, maksimal PHDİ indeksli dietaya uyğun qidalanan insanlarda istənilən səbəbdən ölüm səviyyəsi 25% az olub, nəinki adi qaydada qidalanan.

Ekoloji pəhriz xərçəng və ürək-damar xəstəliklərindən 15%, neyrodegenerativ xəstəliklərdən 20%, iltihabi xəstəliklərdən 50% qoruyur.

Ən ekoloji qidalar içində nişastasız meyvələr, tərəvəzlər, tam taxıllar, qozlar, ləpələr, doymamış yağlar, paxlalılar yer alıb.

Ətrad mühit və sağlamlıq üçün zərərli qırmızı ət, un məmulatları, şəkər, yumurta elan edilib.


metbuat.az.