METBUAT.AZ

Sağlamlıq

Bu şampunlara pul verənlər peşman olur:

15 avq 2023 14:25

Sağlam saçlara sahib olmaq üçün saçlarınızın təmizliyinə diqqət yetirmək lazımdır.

Saçınızı təmizləmədiyiniz zaman saç kökləriniz həddindən artıq yağlı olur. Bu da saç köklərindəki məsamələrin tıxanmasına səbəb olur. Bir müddət sonra saçlarınız hava ala bilmədiyi üçün tökülməyə başlayır. Bu səbəbdən həftədə bir neçə dəfə saçınızı yaxşı şampunla yuyub təmizləmək lazımdır.Amma unutmayaq ki, istifadə etdiyiniz hər bir saç məhsulu saç sağlamlığına böyük təsir edir. Bəzi şampunlar fərqində olmadan saçlarınıza ciddi ziyan vurur.

Metbuat.az həmin şampunların tərkibi haqqında məlumatı təqdim edir:

Mütəxəssislər köpüklənən şampunların sağlamlığa zərərli olduğunu söyləməyin doğru olmadığını bildirir. Köpük bir çox insana saçlarını yuyarkən özünü təmiz və təravətli hiss etdirir. Bununla belə, sulfat tərkibli bəzi köpükləndiricilər bəzi insanlarda saç və dəridə quruluq, qıcıqlanma və ya həssaslığa səbəb ola bilər. Əgər yağlı saçlarınız varsa, yağlı saçlar üçün nəzərdə tutulmuş və hazırlanmış şampunlardan istifadə etməlisiniz. Bu, xüsusilə quru və ya həssas saç və ya baş dərisi olan insanlar üçün problem yarada bilər.

Həmçinin, sulfat tərkibli şampunlar bəzi insanlarda saç rənginin solmasına və ya rəng boyalarının tez solmasına səbəb ola bilər. Şampunların tərkibində olan silikonlar da zərərlidir. Onlar baş dərisində ekzema və digər dermatoloji problemlər yarada bilər. Bəzi tədqiqatların nəticələrinə əsasən bir çox kimyəvi komponentlər estrogen hormonunu təqlid edə bilər. Bu da hormonal tarazlığı pozmaqla bərabər xərçəng xəstəliyinə qədər gətirib çıxara bilər.

Aidə / Metbuat.az


metbuat.az.