29 avq 2023 18:28
Avqustun 31-də pedaqoji stajı 3 il olan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər, həmçinin sertifikasiyada könüllü şəkildə iştirak etmək istəyən yaşı 60 və daha çox olan təhsilverənlər test imtahanı verəcəklər.
Metbuat.az bildirir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, iki mərhələdə keçiriləcək hər bir seansda 1400-dən çox müəllimin iştirak edəcəyi gözlənilir: “Nəticələr təsdiq edildikdən sonra yaxın həftələrdə müsahibə mərhələsi ilə bağlı məlumat veriləcək. Müsahibələrin onlayn formada keçirilməsi nəzərdə tutulur”.