17 avq 2023 23:18
Kəskin istilər ölkə ərazisini tərk edir.
Metbuat.az "Xəzər TV"yə istinadən xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, avqustun 25-dək kəskin istilər olmayacaq.
Hidrometeoroloji Proqnozlar bürosunun direktor müavini Şəbnəm Qurbanovanın sözlərinə görə, bölgələrdə hava şəraiti əsasən, yağmursuz keçəcək.
Bildirildi ki, avqustun 25-nə kimi kəskin isti, hələ ki, gözlənilmir. Havanın maximal temperaturu Abşeron yarımadasında 32-37 dərəcə intervalında dəyişəcək.
Avqustun 24-25-də isə temperatur bir qədər də enərək, maximal temperaturun 33 dərəcə olacağı proqnozlaşdırılır.