18 avq 2023 11:02
Riyad Mahrezdən sonra “Mançester Siti”nin daha bir futbolçusu Səudiyyə Ərəbistanına gedir.
Metbuat.az xəbər verir ki, “Əl-Nəssr” Aymerik Laportu transfer etmək üzrədir. “Athletic”in xəbərinə görə, "Mançester Siti" “Əl-Nəssr”in Laport üçün təklifini qəbul edib. İspan müdafiəçi də Səudiyyə Ərəbistanına getməyə razılıq verib.
Qeyd edək ki, Aymerik Laportun “Mançester Siti” ilə 2025-ci ilə qədər müqaviləsi var. 29 yaşlı futbolçu "Mançester Siti"də 180 oyun keçirib. Laport 12 qol vurub, 4 məhsuldar ötürmə edib.