24 avq 2023 12:29
Türkiyənin Çanaqqala vilayətində 3 gündür davam edən meşə yanğınları nəzarət altına alınıb.
Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib. Onun sözlərinə görə, yanğın nəticəsində 4 min hektardan çox əraziyə ziyan dəyib.
Yanğının söndürülməsinə 3 min 775 nəfərlik şəxsi heyət, 10 təyyarə, 38 helikopter cəlb olunub. Həmçinin, yanğının söndürülməsi üçün 900 min ton su sərf edilib.
Yanğından sonra Çanaqqala - Çan quru yolunun istifadəsi bərpa olunub.
Məlumata görə, həmçinin Əskişəhərdəki yanğın da nəzarətə alınıb.