9 avq 2023 16:35
Dərinizin daha canlı və parlaq görünməsi üçün edilən üsullardan biri də son zamanlar məşhurlaşan buz terapiyasıdır.
Metbuat.az bu haqda olan məlumatı təqdim edir:
Hamımız bilirik ki, bədənin hər hansı bir hissəsinə buz tətbiq etməklə həmin hissənin "oyanmasına" səbəb olur. Soyuq müalicə sahəsində sinir əzələlərinin "yükünü" müvəqqəti olaraq azaltmaqla ağrıları da aradan qaldırmaq olar. Bu zaman şişkinliy azalacaq və yumşaq toxumaların sağalmasını təşviq edərək funksional bərpanı sürətlənəcəkdir.
Bəs, buz terapiyası üzə necə tətbiq olunur? Faydaları nələrdir?
Dermatoloqlar bildirirlər ki, buzları birbaşa üzə sürtmək əvəzinə, pambıq parçanın köməyi ilə üzə çəkmək lazımdır. Pambığın içində dörd və ya beş buz kubunu götürüb, sonra bir-iki dəqiqə ərzində üzünüzü dairəvi hərəkətlərlə yumşaq bir şəkildə masaj edin.
İkinci üsul isə məşhur modellərin tətbiq etdiyi üsuldur. Bu zaman buz kublarını bir qaba qoyub bir az əriməsini gözləmək lazımdır. Sonra üzünüzü bir neçə dəqiqə qabda saxlamaqla üzünüzə şok effekti hiss etdirməklə əzələlərin dirilməsinə şərait yarada bilərsiniz.
Aidə / Metbuat.az